UNEC-in “Lider müəllim”ləri dünyanın nüfuzlu universitetlərinə göndəriləcək

01 OKTYABR 2016 | VIEWS:
759

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçiriləcək “Lider müəllim – Lider Universitet” layihəsinin qalib müəllimləri mükafatlandırılacaq. Layihəyə uyğun olaraq müxtəlif nominasiyalar üzrə seçiləcək “Lider müəllim”lər 7 gün müddətində nüfuzlu universitetlərə səfər imkanı qazanacaqlar.
“Lider Müəllim – İnnovativ müəllim” nominasiyasının qalibi Paris Sorbon Universiteti-Abu Dabi, “Lider Müəllim – Peşəkar müəllim” nominasiyasının qalibi Fransanın nüfuzlu Montpellier Universiteti, “Lider Müəllim – Tədqiqatçı müəllim” nominasiyasının qalibi Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutuna göndəriləcək. “Lider Müəllim – Sevimli müəllim”in Türkiyənin Hacettepe Universitetinə, “Lider Müəllim – İxtiraçı müəllim”in Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinə,“Lider Müəllim – Təşəbbüskar müəllim”in Türkiyənin Sakarya Universitetinə getmək imkanı yaradılacaq. “Lider Müəllim – Özünü inkişaf etdirən müəllim” nominasiyası üzrə qalib isə Türkiyənin Süleyman Dəmirəl Universitetinə göndəriləcək.
Qeyd edək ki, “Lider müəllim – Lider Universitet” layihəsinə uyğun olaraq, 7 nominasiya üzrə “Lider müəllim” seçiləcək.

760 1