UNEC-in magistr və doktorantları Polşada təcrübə keçə biləcəklər

24 OKTYABR 2016 | OXUNUB:
705

Şərqi Avropa Araşdırmaları İnstitutunun koordinatoru Mikolay Tauber Azərbaycan Dövlət İqtisad Universitetində  (UNEC) olub.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovla görüşdə Şərqi Avropa Araşdırmaları İnstitutu ilə UNEC arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Polşanın məşhur iqtisadçı alimlərinin UNEC-də tədris və elmi fəaliyyətə cəlb edilməsi, eləcə də Polşa Şərq Araşdırmalar İnstitutunun dəstəyi ilə UNEC-in magistr və doktorantlarının Polşa Biznes təşkilatlarında təcrübə keçmələri barədə danışıqlar aparılıb.

Qeyd edək ki, Şərqi Avropa Araşdırmaları İnstitutunun fəaliyyəti yarandığı 1993-cü ildən Avropa ölkələrinin, ilk növbədə Mərkəzi və Şərqi Avropa ölkələrinin qarşılıqılı əlaqələrinin inkişafına yönəlib. İnstitutdakı tədbirlər əsasən bu regionun dövlətləri arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin genişlənməsinə həsr olunur.

706 1