UNEC-in nəzdinə verilən Maliyyə-İqtisad Kollecində tədrisin təşkili müzakirə edilib

26 OKTYABR 2015 | OXUNUB:
3604

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali məktəbin nəzdinə verilən Maliyyə-İqtisad Kollecinə dair toplantı keçırılıb. Görüşün məqsədinin bir sıra məqamlara aydınlıq gətirmək olduğunu bildirən rektor Ədalət Muradov iki prinsipial suala cavab axtarmağı təklif edib: kollecin idarəetmə prinsipi necə olmalıdır və tədrisin təşkili hansı formada qurulmalıdır?
UNEC rektoru bu istiqamətdə qarşıda duran məsələlər barədə məlumat verib. Bildirib ki, hər iki məsələnin həlli ilə bağlı xarici ekspertlərlə görüşlər keçirilib və dünya təcrübəsi öyrənilib. Rektor ilkin olaraq kollecin əsasnaməsinin yenilənməsini, normativ hüquqi bazaya dəyişikiliklərin edilməsini, sonrakı mərhələdə isə idarəetmə mexanizminin, struktur məsələlərininin həllini, tədrisin təşkili mexanizminin hazırlanmasını tıklif edib.
Kollecin direktoru Həmzə Ziyadov subbakalavr təhsili üzrə təhsil alan tələbələrin sayı və ümumi orta (9 illik) təhsil bazasından kollecə qəbul olan tələbələrin say nisbəti barədə məlumat verib.
Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərrux Tuzcuoğlu “Meslek Yüksekokuln kurulmasına dair hazırlık çalışması” mövzusunda çıxış edib. Sakarya Universitetinin kollec idarəedilməsi təcrübəsindən danışan F.Tuzcuoğlu bildirib ki, UNESCO-nun “ISCED 97” (Təhsilin Təsnifatı üzrə Dünya Standartı) standartının tətbiqi ilə müasir idarəetmə mexanizmini formalaşdırmaq olar. Məruzəçi qeyd edib ki, bu sahədə yeniliklər əldə olunarsa, yaxın gələcəkdə əmək bazarında kollec ixtisaslı mütəxəssislərə tələb yaranacaq. Gələcəkdə Sakarya Universiteti ilə ikili diplom proqramlarının təşkilinin də mümkünlüyü diqqətə çatdırılıb.
Digər tədbir iştirakçıları da müxtəlif təkliflərlə çıxış ediblər.
UNEC rektoru görüşün yekununda kollecdə monitorinq və diaqnostika aparılması barədə tapşırıq verib.

3605 2