UNEC inklüziv təhsil sahəsində fəaliyyətini genişləndirir

18 FEVRAL 2017 | OXUNUB:
610

UNEC “Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda təşkil olunan seminarda təmsil olunub. UNEC-in nəzdində fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün Mərkəzin koordinatoru Sevinc Məhsimovanın iştirak etdiyi tədbir Azərbaycan Dillər Universiteitinin təşkilatçılığı ilə keçirilib.

İnklüziv təhsilin məqsədləri və bu sahədə mövcud beynəlxalq təcrübə məsələlərinin müzakirə olunduğu seminarda geniş təqdimatla çıxış edən S.Məhsimova inklüziv təhsil sahəsində UNEC-də həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. UNEC-in nəzdində belə bir Mərkəzin yaradılması və inklüziv təhsil sahəsində UNEC-in beynəlxalq təcrübədən faydalanması tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

611 1