Sərxan Cəfərov 1997-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt şəhər 11 saylı orta məktəbi bitirib. UNEC-in Texnologiya və dizayn fakültəsində dizayn ixtisası üzrə I kursda təhsil alır. 6 yaşından rəsm çəkməyə başlayan Sərxanın əsərləri yaxınlarının böyük marağına səbəb olur. Zamanla o, istedadını inkişaf etdirməyə başlayır və dizayner olmağı qərara alır. Əsasən təbiət rəsmlərinə üstünlük verən Sərxan gələcəkdə rəsm müsabiqələrinə də qatılmağı düşünür.
Sərxanın rəssamlıqla yanaşı, şairlik bacarığı da var. O, daha çox hisslərlə, sevgiylə bağlı şeirlər yazır. Özünün daha çox şairlik bacarığını qiymətləndirən Sərxan gələcəkdə şeirlərindən ibarət kitabının nəşr olunmasını arzulayır.
Sərxanın şeirlərindən və rəsm əsərlərindən bir neçəsini təqdim edirik:
Sevgidən əsərlər yazıb yaratmaq,
Şairin əzaldən budu dünyası.
Mənim əsərimin ilhamı sənsən,
Sənsiz sözlərimin yoxdur mənası.
Arada o qədər sıxılır canım,
Nə olar yanıma bir gəlsən yenə…
Tutasan əlimdən dayansın zaman
Sevgi həsrətiylə baxasan mənə.
Sevgilim, nə olar getmə yanımdan,
Getsən bir an olsun dözə bilmərəm.
Dolar gözlərim, tutular əlim,
Bir addım da belə ata bilmərəm.
Unutma, sevgilim, nəfəsim sənsən.
Qoymaram heç bir an sən tək qalasan.
Allahdan səadət istəyirəm mən,
Tək yox. Yanımda sən də olasan.
***
Sən mənim gül üzlüm, sevdiyim mələk,
Yaşamağım üçün tək həvəsimsən.
Sən mənim yarımsan, tək məhəbbətim!
Cisimdə canımsan, nəfəsim sənsən.
Sən mənim ay gözlüm, sevdiyim mələk,
Səninlə unutdar qəlbim dərd-sərin.
Ətrafım gözəllər olsa da bil ki,
Könlümdə, ruhumda başqadır yerin.
Qoy tutum əlindən baxım gözünə,
Çırpınsın ürəyim, yansın ürəyim.
Baxsın Allahım da göylərdən bizə,
Tapşırsın cahana dayansın zamam.
***
Bu gecə üz tutdum, dedim Allaha,
Ən gözəl arzumla, diləklərimlə.
Axı darıxmışam, çox darıxmışam,
Göndərsin yarımın ətrini mənə,
Tələssin, göndərsin küləkləriylə
Gül üzlüm gözümdən uzaq olunca,
Bu dünya mənim üçün dayanır sanki.
Dünya gözlərinə mən hər baxınca,
Qızarır yanağı, utanır sanki.
Məni qoyub getsən sən uzaqlara,
Sən gələnə qədər gözləyərəm mən.
Bilsəm gələcəksən, sən gələn zaman,
Gəldiyin yollara gül düzərəm mən.
Sənə olan sevgimə şahidim Allah,
O görür mən səni sevirəm necə.
Mən necə sevməyim yarımı, Vallah,
Üzü ay parçasıdı, gözləri gecə.
***
Düşdü bədənimə ölüm qorxusu,
Əzrail göz dikdi canıma mənim.
Getməmiş son sözüm var aşiqimə,
Cağırın mələyim yanıma mənim.
Cağırın O gəlsin yanımda dursun,
Baxım gözlünə gözüm doyunca.
Deyim ki, gözlərin necə gözəldir,
Baxmaqdan bezmərəm ömür boyunca.
Cağırın, son dəfə tutum əlindən,
Bədənimə dolsun isti nəfəsin.
İncə əllərinin toxunuşundan,
Həyatda yaşamaq gəlsin həvəsim.
Cağırın, toxunum yanaqlarına,
Toxun, onları soyudum bir an.
Cağırın qoy öpüm onları son kəs,
Dərdimi-sərimi unudum bir an.
***
Mən indi xoşbəxtəm! Bilirsən niyə?
Cünki sən mənim həyatımdasan
Bütün dünya məni tərk etsə belə
Mən bilirəm ki sən yanımdasan
Mən indi xoşbəxtəm ona görə ki,
Ürəyim sənindir hər səhər-gecə.
Bir gün sənsiz qalsam inan Tanrıya
Həyatım bilmirəm keçər hec necə…
Mənə “sevgini anlat” deyirsən,
Sevgimi yaşadan şeir qəzəldir.
Mən nəyi anladım sən ki bilirsən
“Sevdiyim bu həyat sənlə gözəldir”.
UNEC istedadları
Elnur Musayev “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov “UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – “UNEC istedadları” – tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)