Tələbələrin tanınmış şirkətə növbəti informasiya turu

17 FEVRAL 2017 | VIEWS:
2611

UNEC tələbələri ölkənin aparıcı sement istehsalçılarından biri olan NORM MMC şirkətində informasiya turunda olublar. Görüş zamanı tələbələrə şirkətin yaranma tarixi, fəaliyyəti, istehsal edilən məhsullar və onların çeşidi, tətbiq edilən müasir avadanlıqlar və məhsulların istehsal texnologiyasının keyfiyyətə təsiri barədə ətraflı məlumat verilib.

Sonra tələbələrə şirkətin istehsal prosesi və müasir laboratoriyaları nümayiş etdirilib.

Görüşün sonunda şirkətin İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları mövzusunda geniş məlumat verərək, tələbələri maraqlandıran suallar cavablandırıblar.

Şirkətə növbəti informasiya turu fevralın 23-də həyata keçiriləcək. İnformasiya turunda iştirak etmək istəyənlər UNEC Karyera Mərkəzinə müraciət edə bilərlər.

2612 2