UNEC könüllüləri əlil tələbələrə dəstək olacaq

27 NOYABR 2015 | VIEWS:
2887

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əlilliyi olan Tələbələr üçün Mərkəzin yaradılması ilə əlaqədar olaraq  UNEC-in tələbələri üçün  təqdimat keçirilib.

Təqdimatda mərkəzin fəaliyyət istiqamətləri, strategiyasının iş planı və qaydaları haqqında məlumat verilib. Bildirilib ki, mərkəzin əsas məqsədi əlil tələbələrin təhsil imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəz əlilliyi olan şəxslərin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirir. Həmçinin, eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin aparılması və cəmiyyətin müxtəlif təbəqələrinin əlillik barədə maarifləndirilməsi ilə məşğul olur.

Bildirilib ki, əlil tələbələrə yardım etmək məqsədilə mərkəzə könüllü tələbələr cəlb olunacaq. Könüllülərə əlillərlə davranma qayqaları haqqında təlimlər keçiriləcək.

Qeyd edək ki, bu Mərkəz “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” adlı TEMPUS (ESFİDİP) Layihəsi çərçivəsində yaradılıb.

 

2888 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno