UNEC-lə “Thomson Reuters” birgə beynəlxalq konfrans keçirəcək

22 NOYABR 2016 | OXUNUB:
694

thomsonAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin rəhbəri Oleq Utkinlə görüşüb.

Görüş zamanı UNEC-lə “Thomson Reuters” arasında əməkdaşlıq münasibətləri müzakirə edilib. Elmi kommunikasiya mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi, dünya standartlarına uyğun elmi jurnalın nəşri, elmimetrik mövzuda dərsliyin tərcüməsi və digər məsələlərdən danışılıb. Eyni zamanda may ayında “Thomson Reuters” və UNEC-in birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa hazırlıqla bağlı detallar da görüşün müzakirə mövzusu olub.

 

695 4