Avstraliyanın Milli Universitetində keçirilən “Multikultural Festival”da Azərbaycan təmsil olunub

24 MAY 2016 | VIEWS:
1196

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Nicat Hacıxanov Avstraliyada keçirilən “Multikultural Festival”da Azərbaycanı təmsil edib.

AzərTAc-ın verdiyi məlumata görə, Avstraliyanın Milli Universitetində təhsil alan əcnəbi tələbələr qonaqlara təmsil etdikləri ölkələrin mədəniyyəti barədə məlumat verərək, milli mətbəx nümunələrini təqdim ediblər. 50-dən çox ölkənin təmsil olunduğu festivalda Nicat Hacıxanov qonaqlara ölkəmiz haqda məlumat verib. Bildirib ki, 2016-cı il yüksək tolerantlığı və müxtəlif xalqların mədəniyyətini özündə əks etdirən Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib.

Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub və ölkəmiz haqda müxtəlif nəşrlər paylanıb.

1197 1