UNEC məzunu şəhid olub

30 SENTYABR 2015 | OXUNUB:
958

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Elşən Məmmədov cəbhənin Tərtər rayonu ərazisində hərbi xidmətini yerinə yetirərkən şəhid olub.

Elşən Məmmədov 640 balla UNEC-in Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə UNEC-i bitirərək, hərbi xidmətə yollanan Elşən Məmmədov 5 gündən sonra xidmətini başa vurub ordudan təxris olunmalı idi. Sentyabrın 25-də döyüş növbətçiliyinə çıxan E.Məmmədov posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gəlib.

Şəhid Elşən Məmmədov Gürcüstanın Bolnisi rayonunun Zol Göyəc kəndində dəfn olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

959 1