UNEC müəllimi Akdeniz Universitetində Azərbaycan tarixindən danışıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar fənlər kafedrasının müəllimi Cəmilə Həsənova Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyənin Antalya şəhərində yerləşən Akdeniz Universitetində olub.

C.Həsənova türkiyəli həmkarları ilə təcrübə mübadiləsi aparıb, kafedranın bakalavr və magistr proqramlarında iştirak edib. Universitetin Arxeologiya fakültəsində mühazirələr oxuyub.

Akdeniz Universitetində olduğu müddətdə universitetinin Ədəbiyyat fakültəsinin Mahmud Qaşqarlı konfrans zalında “Eski anıtlar diyarı Azərbaycan” adlı konfransda Azərbaycanın qədim dövrdən müasir dövrə qədər olan tarixindən və Azərbaycan ərazisində olan qədim abidələrdən bəhs edib.

Həmçinin konfransda ermənilərin Azərbaycana qarşı olan ərazi iddiaları, işğal etdikləri ərazilər və bu ərazilərdə olan tarixi abidələr haqqında məlumat verib. Təqdimatın sonunda Xocalı soyqırımı haqqında videoçarx nümayiş etdirilib.

Sonda UNEC müəllimi konfrans iştirakçılarının suallarını cavablandırıb.

IMG_5117

2094 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna