UNEC professorlarının yeni platforması: “Elm və ictimaiyyət”

30 MART 2018 | VIEWS:
2464

Radio UNEC-də professorların yeni platforması olan “Elm və ictimaiyyət” verilişinin növbəti sayı efirə gedib.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun bu dəfəki qonağı “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev olub.

Professor S.Səbzəliyev ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri kimi dövlət və özəl sektorda şəffaflığın, hesabatlılığın, uçotun təminində mühasibat uçotunun müasir tələblərə uyğun təşkil olunmasından söz açıb. O, Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən yeniliklər, bu sferada islahatların dərinləşməsinə yönəlik təkliflərin hazırlanmasından və beynəlxalq təcrübədən danışıb.

Verilişin səs yazısını təqdim edirik:

2465 1