UNEC rektoru: “Gənc müəllimlər yeni təşəbbüslərlə çıxış etməlidirlər”

10 APREL 2017 | OXUNUB:
2351

UNEC-in rektoru, professor Ədalət Muradov Quba Tədris, İdman və İstirahət Kompleksində müəllimlər üçün təşkil edilən “Qış Məktəbi”nin iştirakçıları ilə görüşüb.

Görüşdə Ə.Muradov ilk olaraq universitetdəki yeniliklər barədə məlumat verib. Bildirib ki, dünya səviyyəli universitetlər sırasında yer almağı hədəfləyən UNEC gənc kadrlarla işin qurulmasına xüsusi diqqət yetirir. Son 3 ildə ali məktəbə 300 gənc kadr, xüsusi ilə dünyanın aparıcı universitetlərinin məzunları cəlb edilib. Ə.Muradov əlavə edib ki, güclü kadr potensialına malik olan universitetdə bundan sonra da gənc müəllimlərin universitet həyatında rolu artırılacaq. Onun sözlərinə görə, bununla bağlı ali məktəbdə ciddi struktur islahatları aparılır. Rektor differensial əməkhaqqı sistemində fəal iştirak edən müəllimlərlə əməkdaşlığa xüsusi diqqət yetiriləcəyini deyib. Bunun üçün gənc müəllimlərin pedaqoji, elmi-tədqiqat işlərində, startap layihələrində daha fəal olmalarını tövsiyə edib. Rektor gənclərdən təşəbbüslər, yeni layihərələr gözlədiyini də xüsusi qeyd edib.

“Qış Məktəbi”nin iştirakçıları universitetdəki yeniliklərdən, qış təlimlərinin əhəmiyyətindən danışaraq, bir sıra təkliflərlə çıxış ediblər.

Sonda “Qış Məktəbi”ndə iştirak edən UNEC müəllimlərinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil edilən qış məktəbində Paris-Sorbon Abu-Dabi Universitetinin professoru Rida Ballaik Hourani və Litz David Riçard 115 müəllimə təlim keçib.

2352 1