UNEC şəhidlərini ehtiramla yad edir: Milli Qəhrəmanın doğum günüdür

17 MAY 2017 | VIEWS:
1992

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, UNEC-in məzunu  Şahlar Şükürovun doğum günüdür.

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.

11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.

Ş.Şükürovun məzarı bu gün düşmən tapdağı altındadır. Milli Qəhrəmanın ailə üzvləri və dostları onu yad etmək üçün UNEC-də ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edirlər.

1993 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna