UNEC tələbələri təhsilin tarixi ilə maraqlanıblar

05 FEVRAL 2016 | VIEWS:
2005

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyatın və sənaye fakültəsinin tələbələri Təhsil muzeyində olublar.

Muzey əməkdaşları tələbələrə Azərbaycan təhsilinin tarixi, onun keçdiyi inkişaf yolları barədə geniş məlumat verib. Azərbaycan təhsilinin bu günkü vəziyyəti, inkişaf istiqamətləri və bu sahədə xidmətləri olan tarixi şəxsiyyətlər haqqında məlumatlar tələbələrin böyük marağına səbəb olub.

2006 1