UNEC tələbələri üçün Azərsun Holdinqdə “Açıq qapı günləri” keçirilib

12 NOYABR 2015 | VIEWS:
2665

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin əməkdaşları universitetin sonuncu kurs tələbələri və magistrantları ilə birlikdə  Azərsun Holdinqdə olublar.

Azərsun Holdinqin İnsan Resursları Departamenti tələbə və magistrantlar üçün şirkətin işə qəbul prosesi ilə daha yaxından tanış olmaq məqsədilə Açıq Qapı günü keçirib. Tədbir zamanı şirkətin əməkdaşları işə qəbul prosesi və əməkdaşların performans dəyərləndirilməsi mövzusunda geniş məlumatlar verib. İştirakçılar gələcək həftə IQ testlərdən keçmək üçün şirkətə dəvət edilib. IQ nəticəsinə görə ən yüksək göstərici əldə edəcək 10 nəfər tələbə müsahibəyə dəvət ediləcəkdir.

 

Tədbir noyabr 25-də davam etdiriləcəkdir.

2666 1