UNEC tələbələri üçün önəmli gün – “Enactus World Cup – 2017”

26 SENTYABR 2017 | VIEWS:
1726

Sentyabrın 26-da Böyük Britaniyanın paytaxtı Londonda “Enactus World Cup – 2017” yarışına start verilir.

“Enactus Azərbaycan” XII Milli Yarışının qalibi olan UNEC komandası nüfuzlu dünya kubokunun sahibi olmaq üçün 36 ölkənin təmsilçiləri ilə mübarizə aparacaqlar. “Enactus UNEC” komandası Azərbaycanı üç biznes layihə ilə təmsil edirlər.

Uğurları ilə qürur duyduğumuz komandamıza müvəffəqiyyətlər arzulayırıq!

CBC televiziyası “Enactus World Cup – 2017” yarışından öncə “Enactus UNEC” komandası ilə görüşərək, sujet hazırlayıb. Həmin sujeti və komandanın hazırlıq mərhələsindən fotoları təqdim edirik.

VİDEO

1727 2