UNEC tələbəsi dünyanın ən bacarıqlı və istedadlı gəncləri ilə yarışacaq

20 DEKABR 2017 | VIEWS:
2022

DSC_1705UNEC-in tələbəsi Procter&Gamble şirkətinin qlobal səviyyədə keçirdiyi “CEO Challenge” biznes keys müsabiqəsində Azərbaycanı təmsil edəcək.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi Natəvan Həsənzadə müsabiqənin ilk iki mərhələsini müvəffəqiyyətlə addımlayaraq, yarımfinala vəsiqə qazanıb. Mühasibat uçotu və audit ixtisasında təhsil alan N.Həsənzadə I turdan – müsahibə mərhələsindən uğurla keçərək, II turda iştirak edib. Bu mərhələdə 75 dəqiqə ərzində test imtahanı ilə UNEC tələbəsinin PG məhsulları, satış həcmi və s. barədə bilgiləri dəyərləndirilib. II mərhələni də uğurla başa vuran N.Həsənzadə yarımfinala vəsiqə qazanıb.

“CEO Challenge” biznes keys müsabiqəsinin yarımfinal mərhələsi yanvarın 23-24-də Türkiyə respublikasında keçiriləcək. Müxtəlif ölkələrdən final uğrunda mübarizə aparmaq üçün toplaşan tələbələr qalib gəldikləri halda Panamada keçiriləcək final mərhələsində liderlik, kommunikasiya, analitika və komandada çalışmaq məharətlərini dünyanın ən bacarıqlı və istedadlı tələbələri arasında nümayiş etdirərək, öz biznes keyslərini təqdim edəcəklər.

Qeyd edək ki, dünyanın nəhəng istehlakçılarından olan P&G şirkəti liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri hesab edilir.

UNEC tələbəsinə “CEO Challenge” biznes keys müsabiqəsində uğurlar arzu edirik!

2023 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser