UNEC tələbəsi NASA-nın saytında təhlükəsizlik boşluğu aşkarlayıb

06 OKTYABR 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tələbəsi Ariz Məhərrəmli NASA-nın rəsmi saytında (landsat.gsfc.nasa.gov) ciddi təhlükəsizlik boşluğu aşkarlayıb.

Ariz Məhərrəmli “Inspiro Theme” adlı platformada kritik səviyyəli CSRF (Cross-Site Request Forgery) zəifliyini müəyyən edib. Bu boşluq saytın autentifikasiya olunmadan kənar şəxslər tərəfindən idarə olunması və zərərli əlavələrin quraşdırılmasına şərait yarada bilərdi.

Tələbəmiz aşkarladığı boşluq barədə NASA-nın təhlükəsizlik komandasına məlumat verib. A.Məhərrəmlinin məlumatını alan NASA müraciəti qeydə alaraq, tələbəyə təşəkkürünü bildirib.

UNEC tələbəsi NASA-nın saytında təhlükəsizlik boşluğu aşkarlayıb