UNEC və 189-190 saylı birləşmiş məktəb “Konstitusiya Günü”nü birlikdə qeyd edib

11 NOYABR 2015 | VIEWS:
3556

Noyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin rəhbərliyi ilə Bakı şəhər 189-190 saylı birləşmiş məktəbin müəllim-şagird kollektivi arasında “12 noyabr Konstitusiya Günü”nə həsr olunan görüş keçirilib.

Məktəbin direktoru Ceyran Quliyeva məktəb ilə UNEC-in İqtisadiyyat və Sənaye fakültəsi arasında əməkdaşlıq barədə danışıb. Bildirib ki, ölkənin tələbə sayına görə ən böyük fakültəsi ilə 189-190 saylı birləşmiş məktəbin əməkdaşlığı sayəsində məktəb tarixində yeni səhifə açılır. Bu əməkdaşlıq çərçivəsində şagirdlərin ümumi dünya görüşlərini artıracaq tədbirlərin keçirilməsi, nüfuzlu mütəxəssislərlə, iqtisadçılarla görüşlər və şagirdlərin formalaşmasında xidmət edən digər tədbirlər həyata keçiriləcəkdir.

İqtisadiyyat və Sənaye fakültəsinin dekanı Asiman Quliyev şagirdlərə UNEC haqqında məlumat verib. Universitetdə son illərdə aparılan islahatlar və əldə edilən nailiyyətlərdən danışıb. Bu görüşün çox əlamətdar tarixi hadisəyə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr edildiyini bildirən A.Quliyev, Konstitusiyamızın ölkəmizin dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz rolundan danışıb. Bildirilib ki, ilk Konstitusiyamız gənc və müstəqil dövlətimizin demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu göstərir. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir.

İqtisadiyyat və Sənayefakültəsinin dekan müavini, UNEC-in İqtisadi hüquq kafedrasının baş müəllimi Səbuhi Tanrıverdiyev bildirib ki, Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümüdür.

Sonda şagirdlərin konstitusiya ilə bağlı sualları cavablandırılıb.

3557 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna