xalilov_aliXəlilov Əli Nəriman oğlu

Tel: (+99412)538-21-06

E-mail: xalilov_a@yahoo.com

BDU-nun Kimya fakültəsi “Zərif üzvi sintez”

 Elmi Tədqiqat Laboratoriyasının böyük elmi işçisi, k.e.n.

 

23 fevral 1977-ci ildə ana­dan ol­muş­­­dur. 1984-1995-ci illərdə Naxçıvan MR-nın Culfa rayonunun Göydərə kənd orta məktəbində təhsil almışdır. 1995-1999-ci illərdə bakalavr, 1999-2001-ci illərdə isə magistr pilləsində ali təhsil al­mış­dir.

2002-ci il­də BDU-nun üzvi kimya kafedrası nəzdində fəaliyət göstətən “Zərif üzvi sintez” ETL-da əmək fəaliyyətinə başlamışdır. 2004-ci ildə BDU-nun üzvi kimya kafedrasında aspiranturanı bitirmişdir. 2007-ci ildə «Bəzi ariləvəzli 1,2-aminspirtlərin sintezi və çevrilmələri» möv­zu­sun­da kimya üzrə fəlsəfə doktoru dissertasiyasını mü­da­fiə etmişdir. 2012-2017-ci illərdə BDU-nun üzvi kimya kafedrasında elmlər doktoru proqramı üzrə doktoranturasında təhsil almışdır, 2016-cı ildə dosent elmi adına layiq götülmüşdür. Hal-hazırda elmlər doktoru dissertasiyası üzərində elmi tədqiqat işlərini davam etdirir.

2002-ci ildən BDU-nun “Üzvi kimya” kafedrasında çalışır. O, 50-dən artıq elmi əsərin müəllifidir.

Üzvi sintez, yaşıl kimya, bioloji aktiv birləşmələr, amin spirtlər, beş və altı üzvlü heterotsiklik sistemlər, redoks-həssas foldamerlər, fəza çətinlikli fenollar

Dos. Ə.N.Xəlilovun St.Lüisdəki Vaşinqton Universitetinin (St. Lüis, ABŞ), Kordoba Universitetinin (Kordoba, İspaniya), Mançester Metropoliten Universitetinin (Mançester, Böyük Britaniya), Parma Universitetinin (Parma, İtaliya), Antofaqasta Universitetinin (Antofaqasta, Çili) alimləri ilə elmi əməkdaşlığı və əlaqələri mövcuddur.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  1. XXVI Международная школа-конференция по органической химии – Пятигорск, Россия (2013)
  2. Eurasian meeting on Heterocyclic Chemistry-Tbilisi, Georgia (2014)
  3. NANOUCO V. Encuentro sobre Nanociencia y Nanotecnología de Investigadores y Tecnólogos Andaluces – Cordoba, Spain (2015)
  4. ESMEC, XXXVI Advanced Course of Medicinal Chemistry and “E.Duranti” National Seminar for PhD students – Urbino, Italy, 2016
  5. İntenational Conference on Chemical Sciences and Applications (İCCSA) – Alexandriya, Egypt (2016)
  6. International Conference on Organic Chemistry – Las Vegas, Nevada, USA (2016).

Dövlət və beynəlxalq proqram və qrantlar

2011 – Bakı Dövlət Universitetinin daxili 50+50 qrant layihəsi

2014 – 2015 – Avropa Birliyinin “Erasmus Mundus” Proqramının qrant dəstəyilə Kordoba Universitetinə elmi ezamiyyət, Kordoba, İspaniya.

2016 – Bakı Dövlət Universitetinin daxili 50+50 qrant layihəsi

2017 – 2018 – Fulbrayt Proqramının qrant dəstəyilə Vaşinqton Universitetində elmi ezamiyyət, Missuri, St. Lüis, ABŞ.

Təcrübəkeçmələrdə iştirak:

2005 – Avropa Tibbi Kimya Məktəbinin (ESMEC – European School of Medicinal Chemistry) təşkil etdiyi    yay məktəbi, Urbino, İtaliya

2006 – Avropa Tibbi Kimya Məktəbinin (ESMEC – European School of Medicinal Chemistry) təşkil etdiyi    yay məktəbi, Urbino, İtaliya