“Yeni Biznes yaxud Startup 2.0: Uğur üçün optimal biznes model” təlimi başa çatıb

16 NOYABR 2015 | OXUNUB:
701

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Biznes-İnkubatorda (İBİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yeni Biznes yaxud Startup 2.0: Uğur üçün optimal biznes model” təlimi başa çatıb.

Təlim “CityBusinessPeople Open Business Initiative” (UK) əlaqələndiricisi, “Startup Azerbaijan” müsabiqəsi və “Netty” milli internet müsabiqəsində münsiflər heyətinin üzvü, indiyədək 10-a yaxın startapda, o cümlədən Navigator.az, Myvideo.az, Doctormap.az internet-layihələrinin məsləhətçisi, 10 illik real biznes təcrübəsinə malik Fərid Kazımovun təqdimatında keçirilib. Təlimdə iş adamı və menecer arasında fərq, uğurlu biznes ideyanın müəyyən edilməsi, biznesin qurulmasında ilkin addımlar, müvafiq biznes modelinin seçimi, biznesin əsas komponentləri və komandanın formalaşması barədə ətraflı məlumat verilib.

702 1