Mikayil m_ - копияİqtisadi işlər üzrə prorektor h.ü.f.d., dos. Zeynalov Mikayıl Gəray oğlu

e-mail:   mikail.zeynalov@unec.edu.az

06.02.1970-ci ildə Laçın rayonunun Qovuşuq kəndində anadan olub. Orta məktəbi həmin rayonun Hacıxanlı kəndində bitirib.

1988-1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

1992-ci ildə Bakı Maliyyə İqtisad Kollecini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirib.

2011-ci ildə “Dövlət hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1992-ci ilin avqustundan Respublika Əmanət Bankının Qaradağ rayon şöbəsində böyük mühasib, baş iqtisadçı, baş təftişçi vəzifələrində çalışıb.

1993-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən Beyləqanın müdafiəsi və Fizuli rayonunun bir neçə kəndinin: Böyük-Bəhmənlinin, Yağlıvəndin, Arayatlının, Babının, Horadizin, Əhmədalıların, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından təmizlənməsində fəal iştirak edib.

1994-cü ilin aprel ayının 21-də Horadiz kəndi yaxınlığında gedən döyüşdə güclü xəsarət alıb.

1997-ci ilin avqust ayından 2009-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi, şöbə müdiri, sektor müdiri vəzifələrində çalışıb.

1-DSC_5083DSC_5184DSC_5249mikayilмокmikayil_6826DSC_0080

1999-cu ildə Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində Qobustan Bələdiyyəsinə üzv seçilib və 2003-cü ilədək burada ictimai əsaslarla üzv olub.

2009-cu ilin fevral ayından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin Fiskal, monetar və qiymət siyasəti sektorunda böyük məsləhətçi, 2011-ci ilin aprel ayından həmin şöbədə Mənzil-kommunal siyasəti sektorunun müdir əvəzi, 2011-ci ilin oktyabr ayından Mənzil-kommunal siyasəti şöbəsinin Kommunal siyasəti sektorunun müdiri, 2013-cü ilin mart ayından 2014-cü ilin aprel ayının 14-nə kimi həmi şöbənin müdir müavini vəzifəsində çalışıb.

1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasını üzvüdür. YAP Qaradağ rayon təşkilatının Şura üzvüdür.
2015-ci ildən YAP Səbayel rayon UNEC ilk ərazi təşkilatının sədridir.

Ailəlidir, üç övladı var.

IMG_36511-DSC_5278

UNEC YAP gəncləri Xocalı qurbanlarını yad etdi (25.02.2017)
UNEC tələbələri ön cəbhədə əsgərlərlə birgə
 (08.11.2016)
Radio UNEC-in yeni layihəsi: “Prorektor tələbələrin suallarini cavablandirir” (01.11.2016)
Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan (“Respublika” qəzeti, 10.06.2016)
Müharibə veteranının gənclərə tövsiyəsi – MÜSAHİBƏ (02.02.2016)

1596 3