10 mart 1952-ci ildə anadan olmuşdur.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.
1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.
Əmək fəaliyyəti:
1974-1975-ci illərdə hərbi xidmətdə olub.
1975-1979-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda işləyib.
1979-cu ilin sentyabrından Bakı Maliyyə-Kredit Texnikumunda müəllim, fənn Komissiyaların sədri və qiyabi şöbənin müdiri vəzifələrində çalışıb.
1990-1992-ci illər ərzində Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin təftiş müəssisələrinin Dövlət İnspeksiyası, orta ixtisas təhsili şöbəsinin rəisi vəzifəsində işləyib.
1992-1999-cu illərdə H.Z.Tağıyev adına Azərbaycan Maliyyə İqtisad Kollecində tədris illəri üzrə direktor müavini olub.
1999-aprel,2017-ci illərdə Azərbaycan Maliyyə İqtisad Kollecinin direktoru vəzifəsində çalışıb.
Ailəlidir, iki övlad atasıdır.
“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib (10.11.2016)
UNEC-in nəzdinə verilən Maliyyə-İqtisad Kollecində tədrisin təşkili müzakirə edilib (26.10.2016)