hhh

UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatın “HIGHERED – Global Talent Network” adlı işə düzəlmə şəbəkəsi MBA proqramında təhsilalan magistrlərin ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar açmışdır. Xaricdə çalışmaq istəyən, bilikli və bacarıqlı MBA proqramının magistrləri bu fürsətdən UNEC Biznes Məktəbinin aşağıdakı  qlobal portalına daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

  1. UNEC Biznes Məktəbinə müraciət etməklə “unec.edu.az” domenli email ünvanını əldə etmək;
  1. https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməklə Avropa Birliyi ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlamaq.