UNEC-in Zaqatala filialında “31 Mart soyqırımı insanlığa qarşı amansız cinayətdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə filialın direktoru, professor Orucəli Rzayev erməni millətçi-şovinistlərinin iki əsr davam edən etnik təmizləmə, soyqırımı siyasətindən danışıb. Bildirib ki, 1918-ci ilin martında Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edildi, məscidlər, məktəblər, memarlıq abidələri dağıdıldı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə apardığı soyqırım siyasəti ifşa olundu. Ulu Öndərin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi.
“Ümumi fənlər” kafedrasının müdiri, dosent Həqiqət Qədimova və dosent Camal Arıxov azərbaycanlıların soyqırımı məsələsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və son illər bu istiqamətdə görülən işlərdən danışıblar.
Tədbirdə tələbələr ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda 31mart soyqırımına həsr olunan videoçarx nümayiş olunub.