Direktor: dosent Raqif Qasımove-mail: [email protected]
|
Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdıır.
2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub.
UNEC-in Zaqatala filialının direktoru 2023-cü ilə kimi professor Orucəli Rzayev olub.
UNEC-in Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimovadır.
Filialda 1 fakültə, Zaqatala İqtisad Məktəbi fəaliyyət göstərir. Rəhbəri Babək Alıyevdir.
ZİM-nin tərkibində “İqtisadiyyat və idarəetmə” kafedrası yaradılmışdır.
Kafedra müdiri dos. Səfər Raziyevdir.
UNEC-in 09.10.2019-cu il tarixli Elmi Şurasının qərarıyla, UNEC Zaqatala Filialında İqtisadiyyat fakültəsinin yerinə Zaqatala İqtisad Məktəbi yaradılmışdır.
ZİM-nə Babək Alıyev rəhbərlik edir.
ZİM, UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, Universitetin bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasiyalarının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.
ZİM-də əyani və qiyabi təhsil formalarında aşağıdakı ixtisaslar üzrə ali təhsilli peşəkar iqtisadçı mütəxəssislərın hazırlanması həyata keçirilir:
ZİM-də əyani və qiyabi təhsil forması üzrə 1035 nəfər tələbə təhsil alır.
ZİM-in tabeliyində 1 kafedra, İqtisadiyyat və idarəetmə kafedrası və Katiblik fəaliyyət göstərir.
İqtisadiyyat və İdarəetmə kafedrası
UNEC-in 09.10.2019-cu il tarixli Elmi Şurasının qərarına əsasən filialın “Ümumi fənlər” kafedrasının adı dəyişdirilərək “İqtisadiyyat və idarəetmə” kafedrası adlandırılmışdır. Kafedra ZİM-in əsas struktur bölməsidir.
Kafedraya dos. Səfər Razıyev rəhbərlik edir.
Metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması missiyası kafedra tərəfindən həyata keçirilir. Fakültə üzrə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və kafedranın işində səmərəliliyin yüksəldilməsi məqsədilə kafedranın nəzdində 2 bölmə yaradılmışdır:
-İqtisadiyyat və idarəetmə bölməsi
-Ümumi fənlər bölməsi.
Katiblik tədris prosesinin keyfiyyətli təşkili, qabaqcıl və beynəlxalq standartların təcrübəyə uyğunlaşdırılması, tədris, imtahan, təcrübə prosesinə nəzərət və inzibati fəaliyyətin təşkil edilməsinə rəhbərlik edir. Katiblik fakültənin idarəedici struktur vahididir və 21.01.2020 tarixindən etibarən katib Ayxan Əhmədov rəhbərlik edir.
ZİM-in tərkibində 37 nəfər professor-müəllim, 16 nəfər tədris-köməkçi heyəti çalışır.
Fakültənin e-mail ünvanı: [email protected]
*
Telefon: +(994) 24-22-5-21-57
E-mail: [email protected]; [email protected]
Ünvan: Zaqatala şəhəri, Əhməd Rəcəbli küçəsi, 4.