biz_lemani.e.n., dosent Kaşıyeva Ləman Aydın

1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1974-1984-ci illərdə Bakı şəhəri, 134 saylı orta məktəbdə təhsil almışdır.

1984-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1988-ci ildə İnstitutun “Əməyin iqtisadiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib və iqtisadçı peşəsinə layiq görülmüşdür.

1988-1991-ci illərdə Memarlıq və Tikinti Elmi-Tədqiqt İnstitutunda iqtisadçı vəzifəsində çalışmışdır.
1991-2001-ci illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda müəllim işləmişdir.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili” kafedrasına müəllim;
2002-ci ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir.

2013-2017-ci illərdə “Biznesin idarə edilməsi” kafedrasının  dosenti olub.

dos.L.Kaşıyeva UNEC NEWS-da

 

2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasında “Azərbaycan Biznesin inkişafında Böyük İpək Yolunun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 50-ə qədər elmi əsərin, o cümlədən 5 kitab, dərslik və dərs vəsaitinin, tədris  proqramların  müəllifidir. Məqalələri həm respublika daxilində, həm də xaricdə dərc olunub.

2017-ci ildən UNEC-in  RİM “İqtisadiyyat” kafedrasının  dosentidir.

Ailəlidir, bir övladı var.

laman11_5794lamiaa899da88827ed

 ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Rus İqtisad Məktəbində elmi seminarlar (06.03.2018)