“İqtisadiyyat” (rus dilində) kafedrasının təşkilatçılığı ilə keçirilən seminarlar “Azərbaycanda rəqəmsal marketinqin inkişafı problemləri”, “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması problemləri” və “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələləri” mövzularında olub.
Fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarlarda kafedranın dosentləri Leyla Hacıyeva, Ləman Kaşıyeva və Sevər Məmmədovanın məruzələri dinlənilib. Mövzularla bağlı müzakirələr aparılıb.