tenzim_gulmara_fotoi.e.n., dos. Mikayılzadə Gülnarə Şükür qızı

19 may 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1976-cı ildə D.Bunyadzadə ad. Xalq Təsərrufatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə  ilə bitirmişdir.

1976-1980-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda işləmişdir.

1980-1983-cü illərdə Azərbaycan Xalq Təsərrufatı İnstitutunun aspirantı olmuşdur.

1984-cü ildə “Azərbacanın iqtisadi əlaqələri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1986-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

 

*
2017-ci ilə kimi “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosenti olub.

2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

Makroiqtisadiyyatın müxtəlif problemlərinə aid olan (məqalələr, dərs vəsaitləri, tədris edilən fənlərin proqramları və metodik vəsaitləri) 38 elmi əsərin müəllifidir.

Ailəlidir, üç övladı var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI