Martın 1-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçiriləcək. Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirə söyləyəcək.
“Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər martın 1-dək [email protected] elektron poçt vasitəsilə qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.
Tədbir saat 16:30-da UNEC-in əsas tədris binasında keçiriləcək (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6).
Mühazirədə iştirak üçün geyim sərbəstdir.
Mühazirənin “Təhsil” TV tərəfindən çəkilişi və Təhsil Nazirliyinin internet resurslarında yayımlanması nəzərdə tutulur. Tədbirin informasiya dəstəyi “Azad Azərbaycan” televiziyası və Qafqazinfo.az saytına məxsusdur.