İqtisadiyyat fakültəsinin mühüm ixtisaslarından biridir. Burada sənayedə fəaliyyət göstərən yüksək ixtisaslı bakalavr-iqtisadçı hazırlanır.
Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri və zonaları, texnoparklar, sənaye məhəllələri yaradılıb, ölkənin ixrac potensialı yüksəlib. Sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qeyri-neft sənayesinin inkişafında müsbət meyllər özünü göstərmişdir. Ağır sənaye və maşınqayırmanın inkişafının Strateji Yol Xəritəsinin realllaşdırılması nəticəsində sənayenin inkişafı yeni vüsət almışdır. Bu proseslər sənayenin təşkili və idarə edilməsinin kadr potensialının təmin edilməsi sahəsində yeni tələblər qarşıya qoyur, bakalavr və magistratura səviyyəsində sənaye üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir.
İxtisas hazırlığı prosesində tələbələrə sənayedə beynəlxalq təcrübə və tendensiyalar, sənayenin inkişafı modelləri haqqında, xüsusilə idxal əvəzləyici yanaşmadan ixrac yönümlü istehsal modelinə keçidin əhəmiyyəti haqqında bilgilər verilir.
*
Bu ixtisası btirənlər dövlət qurumlarında, iqtisadi strukturlarda, müxtəlif firmalarda, biznes qurumlarında, tədris və tədqiqat müəssisələrində işləyə bilərlər.