Karyera Mərkəzi təqdim edir: “Müsbət yanaşma”

18 MART 2016 | VIEWS:

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. MÜSBƏT YANAŞMA

Yeni iş tapmaq üçün bəzi hallarda istədiyinizdən daha çox vaxt tələb oluna bilər. Əgər işlədiyiniz halda iş axtarırsınızsa bu məyusluqla nəticələnməyə bilər, çünki siz hələ işləyir və maaş alırsınız. Yalnız işləməyən şəxslər özündən əminlik və axtarış motivasiyası ilə əlaqədar psixoloji problemlerlə üz-üzə qalırlar.

İşdən çıxarılma

Ən çətin psixoloji problem işdən çıxarılan şəxslərdə olur. Mançestr Elm və Texnika İnstitutunun təşkilati psixologiya və sağlamlıq üzrə professoru Keri Kuperin sözlərinə görə insanlar işlərini hər hansı maliyyə böhranı və ya öz günahları ucbatından işdən azad edilmələrindən asılı olmayaraq əzab çəkirlər. “Bu insanlar özlərini atılmış kimi hesab edəcəklər. Hətta özlərinə bunları təlqin etsələr belə: Mən tək deyiləm və mənim kimi başqa azad olunanlar da var və ona görə də işlərimiz pis getmişdir.” Bu insanlar bütün bunlara görə psixoloji məsuliyyət hiss edəcəklər.

İşdən azad olma xəbəri insanlarda emosional hisslər oyada bilər. Bu xəbəri gözləməyən insanlar ilkin olaraq şok və hər hansı bir itki hissləri yaşayacaqlar. Daha sonra bəziləri sevinc hissləri ilə tam enerjili və nikbinliklə yeni iş axtarışlarına başlayacaqlar. Əgər işi tez tapsalar o zaman işlər əla gedəcək. Əks halda isə növbəti emosional şok yaşanmış olacaqdır. İş tapıb-tapmayacağını və işdən azad olunmağınıza görə verilən müavinətin nə vaxtsa bitəcəyini düşünməmək çox çətindir.

Məsləhət

İşdən azad olunduqdan sonra karyera qurulması psixoloji baxımdan adi iş axtarmaq qədər çətindir. Yüksəlmək və enmək normal və proqnozlaşdırılan bir haldır. Belə hal ilə rastlaşdığınız zaman özünüzə qarşı çox da ciddi olmayın.

Bununla belə sizi doğru yolda tutacaq və “şok” effektini minimuma endirəcək bəzi şeylər vardır:

  • Özünüzə gündəlik qaydalar tərtib edin;
  • Bu kitabda qeyd olumuş strukturlaşdırılmış iş axtarışını həyata keçirin;
  • Müsbət əhval-ruhiyyədə qalmaq üçün istənilən psixoloji fəndlərdən istifadə etmək lazımdır.

Gündəlik qaydaların tərtib edilməsi

Gündəlik – sizin iş axtarışı prosesi üçün köməkçinizdir. Əgər hal-hazırda işləmirsinizsə o zaman daim təkrar olunan gündəlik fəaliyyətlər tərtib etmək lazımdır. Professor Kuper qeyd edir ki, “Gündəlik sizin normal iş gününüzün qaydaları kimi tərtib olunmalıdır. Əgər sizin işiniz saat 9-da başlayırdısa, siz azad olunduqdan sonra səhər tezdən oyanaraq iş axtarışına saat 9-dan başlamalısınız”.

Əlbəttə ki, siz rejiminizə müəyyən sərbəstlik də əlavə edə bilərsiniz. Birjada qeydiyyatdan keçmiş Böyük Britaniyanın iri şirkətlərindən birinin direktorunu gözlənilmədən işdən azad edirlər. O planlaşdırılmış ofis həyatına alışdığı üçün mütəxəssislərin məsləhəti ilə iş axtardığı müddətində xüsusi gündəlik tərtib etmişdir. Bazar ertəsindən cümə axşamına qədər əsas fəaliyyət olaraq iş axtarışı ilə məşğul olurdu. Cümə gününü o əlavə istirahət günü olaraq istifadə edir, normal istirahət günlərindən isə xüsusi həzz alırdı.

Gündəliyin tərtib edilməsinin üstünlüyü ondan ibarətdir ki, sizə inersiya ilə hərəkət etməyə kömək edir.

Məsləhət

Ciddi gündəliyin tərtib edilməsi iş axtarışınızın sizi əhatə edən insanlar tərəfindən də ciddi olaraq qəbul edilməsinə kömək edəcəkdir. Çalışmaq lazımdır ki, ev işləri, iş axtarışı ilə üst-üstə düşməsin. Vaxt bölgüsünə ciddi riayət edin. Daha doğrusu nə vaxt iş axtardığınızı və nə vaxt qonaq otağınızı rəngləmək istədiyinizi ciddi fikirləşin.

Əgər vaxtınızı mükəmməl idarə etsəniz, işsiz qaldığınız günlər tez keçib gedəcəkdir. İş axtarışı müddəti buna sərf etdiyiniz günlərlə mütənasib olmalıdır.

Gündəliyinizi tərtib etdikdən sonra iş axtarışı ilə məşğul olacağınız məkanı müəyyən edin. Bu kabinet, yataq otağı və ya qonaq otağının bir küncü, bir sözlə şəxsi ofisinizi yarada biləcəyiniz və axtarışlar la əlaqədar öz qeydlərinizi apara biləcəyiniz istənilən yer ola bilər. Lakin yaxşı olardı ki, digər ailə üzvləriniz sizə mane olmasın.

Strukturlaşdırılmış iş axtarışı prosesinə riayət etmə

Ola bilər ki, sizə iş axtarışlarına təkan verən amil azad olunmağınıza dair bildiriş olmuşdur. Bununla belə siz hal-hazırkı “ideal” işinizidən də yaxşı olan işi tapmaq üçün bütün imkanlarınızdan istifadə edə bilərisiniz. Lakin ola bilər ki, işdən azad olunma sizə karyera yüksəlişinə təkan vermək üçün səbəb olmuşdur.

Sizin iş axtarma səbəbləriniz bizim bu kitabda qeyd etdiyimiz əsas qaydaları dəyişmir. Əgər siz iş axtarışı nəticələrini yüksəltmək istəyirsinizsə strukturlaşdırılmış fəndlərdən istifadə etməyiniz vacibdir. I hissə olan “Şəxsi imkanların qiymətləndirilməsi”ndə qeyd etdiyimiz kimi bunları etmək lazımdır:

  • İş haqqında arzularınızı qeyd edin;
  • Öz güclü tərəflərinizi və bacarıqlarınızı qiymətləndirin;
  • Məqsədinizi dəqiqləşdirmək: hansı sahədə və necə işi əldə etmək istərdiniz?

Şərt deyil ki, siz bundan əvvəlki işinizin eynisini tapasınız. Əgər işlədiyiniz sahədə böhran əlamətləri varsa bir neçə ildən sonra siz yenidən işdən azad ola bilərsiniz.

Tələblərinizə cavab verən,  arzu etdiyiniz iş və ya işləri müəyyən etdikdən sonra belə vakansiyaları tapmaq üçün bütün mənbələri tapdığınızdan əmin olun. Aşağıdakıları nəzərdən qaçırmayın:

  • VIII fəsil olan “Elan edilmiş vakansiyalar”da müzakirə edilən elan edilmiş vakansiyalar bölməsi;
  • X fəsil olan “İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi”ndə baxılan kadr agentlikləri;
  • XI fəsil olan “Özünüzə imkanların yaradılması” və XII fəsil olan “Təşəbbüs müraciətləri”ndə müzakirə edilən ixtisas imkanlarının müəyyən edilməsi.

Şəxsi imkanlardan maksimumun əldə edilməsi, bu prosesin və mümkün olan işi tapmaq üsullarının tərkib hissəsidir.

Psixoloji fəndlər

Hamı bilir ki, işləmədiyiniz müddətdə iş axtarışları çətin psixoloji sınaqdan başqa bir şey deyildir. Sizin buna hazır olmağınız lazımdır. Professor Kuperin qeyd etdyi kimi “siz dərk etməlisiniz ki, sizə rədd cavabı veriləcəkdir. Faktiki olaraq siz nə qədər aktiv olsanız bir o qədər rədd cavabı olan məktublar alacaqsınız. Bununla belə aktiv olaraq qalmaq, gündəliyə riayət etmək və pozitiv olaraq köklənmək lazımdır”.

Siz motivasiyanızı  saxlamaq üçün sadə psixoloji fəndlərdən istifadə etməyin vacibliyini aşkara çıxara bilərsiniz. Məsələn:

  • İş axtarışlarının əsas məqsədlərini qeyd etmək və mütəmadi olaraq onlara qayıtmaq;
  • İş axtarışı ilə əlaqədar yerləşdiyiniz otaqda əsas məqsədlərinizin qeyd olunduğu kağızın divardan asılması üzərində fikirləşin;
  • Öz iştirakınızla olan müsbət xəyallar qurun. Məsələn, əgər hiss edirsinizsə motivasiyanız aşağı düşür, gözlərinizi bağlayın və təsəvvür edin ki, qapı ağzındakı xalçanın altından məktubu çıxarıb açaraq oxuyursunuz: “Böyük məmnuniyyətlə sizə  ………… vəzifəsini təklif edirəm”. O andakı hisslərinizi təsəvvür edin: bu müvəffəqiyyət hisslərindən doğan həyəcan olacaqdır.
  • əgər müəyyən günlərdə hiss edirisinizsə gücünüzü itirməyə başlayırsınız o zaman yenidən “mühərrikinizi işə salmaq” üçün stimullardan istifadə edin. Enerjinizi yüksəldəcək hər hansı musiqi varmı? Yəqin ki, o vaxt müəyyən idman hərəkətləri etmək və ya yarım saatlıq gəzintiyə çıxa bilərsiniz. Bu hərəkətlər “xoşbəxtlik” hormonları olan endorfinin əmələ gəlməsi ilə sizə müsbət əhval-ruhiyyə bəxş edəcəkdir.
  • Günün sonunda ilk olaraq sabah üçün görüləcək işləri qeyd etmək lazımdır ki, bu da o günün tapşırıqları olacaqdır.
  • Sizi dəstəkləyən və pozitiv olaraq köklənmiş tanışlarınızla mütəmadi olaraq söhbət etməyi bir qayda olaraq qəbul edin. Neqativ əhval-ruhiyyəli insanlardan uzaq durun.

İş axtarma prosesinin müəyyən aspektləri sizin üçün çətin ola bilər. Elə olduğu təqdirdə onu dəf etməyin asan yolları haqqında düşünün. Onların sizə niyə əziyyət verməsi haqqında düşünün.

Məsələn, siz elə tip insanlara aid ola bilərsiniz ki, yaxşı tanımadığınız və ya ümumiyyətlə tanımadığınız insanlara mümkün işədüzəlmə mövzusunda müraciət etməyə qorxursunuz. Nəticə etibarı ilə siz əldə etmək istədiyiniz işdən imtina etmiş və uzaqlaşmış olurusunuz.

Planlarınızın pozulmasına imkan verməyin. Ola biləcək ən pis şeyi təsəvvür edin. Əgər siz tanımadığınız bir insana zəng vurursunuzsa və söhbətiniz istədiyiniz kimi alınmırsa pis nəticə olaraq nə baş verəcək? Bəli zəng sizə probleminizin həll olunmasında və iş axtarışında kömək etməyəcəkdir. Baş vercək ən pis hal odur ki, bir dəqiqə əvvəl sizə yad olan bir insan, telefon dəstəyi asıldıqdan sonra da yad olaraq qalacaqdır. Digər tərəfdən siz heç bir şey itirmirsiniz, əksinə nə isə əldə edə bilərsiniz. Bu sizi “ideal” işə aparacaq insan ola bilər.

Autpleysment üzrə xidmətlər

İşəgötürən və işçi arasında müasir psixoloji müqaviləyə əsasən işçinin öz karyera inkişafına görə məsuliyyət daşımasından ibarət olmasına baxmayaraq, işdən azad edərkən onlar vicdan əzabı çəkirlər. Bundan başqa işəgötürənlər bilirlər ki, işdən azad etmək, işdə qalan insanları məyus edə bilər. Bu insanlar öz iş yerini saxlamaqdan ötrü narahatçılıq keçirə və həvəsdən düşə bilər. Xüsusi ilə azad olunmuş insanla pis rəftar edilibsə bu yaxşı nəticə verməz.

Nəticədə işəgötürənlər autpleysment üzrə xidmətlər göstərən firmanın xərclərini ödəməkdə maraqlı olur və azad olunan işçilərin iş axtarışını asanlaşdırmaq üçün mütəxəssis köməyi və vakansiya axtarma mənbələrinin tapılmasını təklif edir. Bu cür xidmətlərə sahibkarlar tərəfindən çoxlu sayda işçilərin və ya rəhbər vəzifəli şəxslərin ixtisara salınması hallarında müraciət edilir.

Autpleysment nəyi ifadə edir

Bir çox insanlar işdən azad olmayana qədər autpleysment mütəxəssisləri ilə rastlaşmazlar. Autpleysment işdən azad olunan insanların yeni iş axtarışlarında necə hərəkət etmələrini və axtarışın müxtəlif mərhələlərində köməkliyin göstərilməsini ifadə edir. Burada konkret vakansiya axtarışı ilə məşğul olan məsləhətçi nəzərdə tutulmur. İşədüzəltmə və məsləhət xidmətlərinin fəaliyyəti konkret şəraitdən asılı olaraq müxtəlif şəkildə özünü biruzə verir. Məsəslən: əgər bir qrup işçi işdən azad olunubsa, sahibkar məhdud bir zamanda bu sahədə xidmət göstərən xüsusi şirkətlərin adam başına xərclərini ödəyə bilər ki, iş tapılmasında kömklik göstərsin. Bu müddət bitdikdən sonra, məsələn, üç aydan sonra onlar artıq sərbəst fəaliyyət göstərəcəklər. Bu cür qrupların yaradılması aşağıdakı mövzuda seminarların keçirilməsini də ifadə edə bilər:

  • bacarıqlarınızın müəyyən edilməsi;
  • əmək bazarı haqqında anlayışın verilməsi;
  • tərcümeyi-halın hazırlanması;
  • işə qəbul olunarkən anketin doldurulması;
  • müşaiyət məktublarınını doğru tərtib edilməsi;
  • müsahibəyə hazırlıq;
  • iş axtarışının idarə edilməsi.

İşədüzəltmə və məsləhət xidmətləri ilə məşğul olan şirkətlər bir qayda olaraq əsas məsləhətlərini və tərcümeyi-hal və məktubların nümunəsini özündə əks etdirən ümumiləşdirilmiş təlimatlar əsasında fəaliyyət göstərirlər. Onlar həmçinin iş axtarışlarında köməklik edəcək müxtəlif materiallar, İnternet və kompüter çıxışına malik vakansiya bazası ilə də təmin edirlər. Bundan başqa sizin effektiv iş axtarışınızı təmin etmək və konkret məsələlərinizi müzakirə etmək üçün məsləhətçinin ayrılması nəzərdə tutula bilər. Autpleysment xidməti göstərən Penna Sanders and Sidney şirkətinin məsləhətçisi Hazel Banston belə deyir:

İşdən azad olunan iş təminatında ən çətin məsələ onun “özünün “nəyə uyğun olduğunu” başa düşməsi və özünü təhlil etməsidir. İnsanlar işsiz qalan kimi təsadüfi qaydada ərizə verməyə başlayır və alternativ tapmamaq qorxusu altında ona uyğun olmayan iş təkliflərini də qəbul edir. Siz hər zaman işdən azad olunmanı karyeranızın yeni mərhələsi olaraq qəbul etməli və düşünülməmiş qərar verərək təlaşa düşməməlisiniz. Azad olunmağınız üçün verilən müavinəti təyinatına görə, yəni, yeni uyğun iş axtarışi üçün istifadə edin.

İşdən azad olunan insanın vəzifəsi nə qədər yüksək olarsa və autpleysment şirkətlərinə keçmiş sahibkar nə qədər çox pul ödəyərsə məsləhət xidməti bir o qədər geniş həyata keçirilir. Yüksək vəzifəli şəxslər üçün belə xidmətlərin ödənilməsi müddətsiz və iş tapana qədər davam edə bilər. Bu xidmətlərə psixoloq xidməti, şəxsi karyera planlarının hazırlanması və bu şəxslərin “beyin ovçularına” (head hunter) təqdim edilməsi daxil ola bilər.

Vəzifəli şəxslərin autpleysment xidməti ilə məşğul olan Stork&May karyera strategiyası üzrə məsləhət agentliyinin təsisçisi və partnyoru Toni Mey belə deyir:

“Bizdə mütəmadi olaraq “beyin ovçuları” ilə görüşlər keçirilir. Biz o sahədə işləyən əsas insanları tanıyır və mövcud vakansiyalardan xəbərdarıq. Bizim özəl səhmdar cəmiyyətlərlə yaxşı əlaqələrimiz olmaqla fumksional direktorlar vakansiyası və müvəqqəti inzibati vəzifələr haqqında məlumatlarımız var. Həmçinin biz bu bazarın əsas oyunçularını tanıyırıq.”

Autpleysment xidməti göstərən şirkətlər, həmçinin qara PR-dan əziyyət çəkmiş yüksək ixtisaslı mütəxəssislərə məsləhət xidməti göstərə bilər və onların hansı ehtimalla yüksək vəzifə tapa bilmələrini müəyyən edə bilər və ya başqa biznesə investisiya qoymalarını tövsiyyə edə bilər. Stork&May şirkətinin müvəffəqiyyəti məsləhətçinin hər bir insana kifayət qədər vaxt sərf etməsindən ibarətdir. Bu səviyyəli xidmət heç də ucuz deyil. Yüksək vəzifə sahibi olmuş bir insan üçün sahibkar məsləhətçi şirkətə müddətsiz, şəxsi və tam dəstək verilməklə 30 min funt və daha çox pul ödəyə bilər.

Autpleysmentdən maksimum faydanın əldə edilməsi

Əgər sizə keçmiş sahibkar tərəfindən autpleysment şirkətinin xidməti təklif edilirsə o zaman siz bütün prosesə təsir edə bilər və təklif olunanları diqqətlə yoxlaya bilərsiniz. Sizə hansı səviyyədə xidmət göstəriləcəkdir? Sizə şirkətin məsləhətçisinə istədiyiniz vaxt zəng etmək və söhbət etmək imkanını veriləcəkmi? Bu xidmətdən hansı müddətdə istifadə edə biləcəksiniz? Bu xidmətlər sizin üçün həqiqətən vacibdirmi?

Vəzifəniz nə qədər yüksək olarsa sizin autpleysment şirkəti seçiminə təsir etmək ehtimalınız olacaqdır. Müxtəlif şirkətlərə baş vuraraq, nəyin və hansı qiymətə təklif olunduğunu müəyyən etməyə çalışın.

Məsləhət

Siz daha bahalı xidmət göstərən autpleysment şirkətinin xidmətindən istifadə etmnək üçün, işdən azad olmaq üçün verilən müavinətin azaldılması yoluna da gedə bilərsiniz. Əgər sizə belə şirkətin xidmətini və şərtləri təklif etmirlərsə o zaman siz oraya sərbəst olaraq müraciət edə bilərsiniz.

Bir çox şirkətlər sərbəst şəkildə müraciət edən şəxsləri qəbul etmir, bəziləri isə edir. Əlbəttə ki, onlardan gələn gəlir korporativ müştəriyə nisbətən az olacaqdır. Ancaq fərdi müştəri şirkət üçün böyük əhəmiyyət kəsb edir. Dolayısı ilə siz əmin ola bilərsiniz ki, pul ödəyərək siz maksimum fayda əldə etmiş olacaqsınız. Qərar qəbul etməzdən əvvəl şirkətin fəaliyyəti və təklif etdiyi xidmətlər haqqında məlumat əldə etmiş olduğunuzdan əmin olun.

Nəticələr

  • İşdən azad olunduqdan sonra iş axtarışı sizin üçün çətin psixoloji sınaq ola bilər. Buna görə də siz belə qaçınılmaz emosional hallara hazır olmalısınız.
  • İş axtarışını adi işinizin olduğu kimi münasibət bəsləyin.
  • İş axtarışı ilə məşğul olmaq üçün gündəlik tərtib edin və ev işlərinə aludə olmayın.
  • Tövsiyyə olunan iş axtarışı mərhələlərinə riayət edin. Məqsəd və bacarıqlarınızı müəyyən edin. Müsbət nəticə verəcək axtarış texnologiyalarını tətbiq edin.
  • Müsbət əhval-ruhiyyə saxlamaq, özünü xoşbəxt hiss etmək, həmçinin müsbət əhval-ruhiyyəli insanlarla mütəmadi əlaqə saxlamaq kimi psixoloji fəndlərdən istifadə edin.
  • Əgər sizin autpleytsment şirkətinə çıxışınız varsa xidmətin müddətindən asılı olmayaraq bu işdən maksimum faydalanmaq lazımdır.
  • Əgər məsləhət şirkətinin seçilməsinə təsir etmək imkanı varsa hansı xidmətlərin göstərildiyini, müddətin və qiymətin nə olduğunu dəqiqləşdirin. Fərdi yanaşma prinsipi ilə işləyən şirkətləri tapmağa çalışın.
Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis