azert0_4986243368917925888_oi.e.n., dos. Mehtiyev Azər Seyfalı oğlu

02 yanvar 1967-ci ildə Qəbələ  rayonunun Əmirvan kəndində anadan olmuşdur. 1990-cı ildə N. A. Voznesenski ad. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə elmi fəaliyyətli davam etdirmək üçün təyinatı həmin instituta verilmişdir.

1990-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universi-tetinin “Sənaye müəssisələrinin və komplekslərin təşkili, iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində çalışmışdır.

1991-1994-cü illərdə İqtisad Universitetinin məqsədli aspiranturasında (istehsalatdan ayrılmaqla) təhsil almış, 1998-ci ilin martında «Azərbaycan sənayesində kiçik müəssisələrin formalaşması və inkişafı məsələləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1994-1998-ci illərdə İqtisad Universitetinin “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant, 1998-2000-ci illərdə həmin kafedranın müəllimi vəzifəsində çalışmışdır. 2000-2004-cü illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2005-ci il 25 oktyabr tarixli qərarı ilə ona dosent elmi adı verilmişdir.

 

UNEC-in “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti olub.

Hazırda UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

15 iyul 2022-ci ildən ictimai əsaslarla UNEC-in Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzinə rəbərlik edir.

Ümumilikdə 192,3 ç.v. həcmində 97 (doxsan yeddi) elmi, metodik və elmi-praktik əsərin müəllifidir.

ABŞ, Rusiya Federasiyası, Cənubi Koreya, Malayziya, Çin, Türkiyə və Ukraynanın müxtəlif universitetlərinin iqtisadiyyat fakultələrində təcrübə mübadiləsində olaraq onların tədris proqramları ilə yaxından tanış olmuşdur. Dünyanın 15-dən çox ölkəsində keçirilmiş 50-dək beynəlxalq konfrans və seminarın iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

*

dos. A.Mehtiyev UNEC NEWS-da

UNEC Eksterndə tədrisin keyfiyyətinin artırılması məqsədilə təlimlər təşkil olunub (31.01.2020)

azer_mehti0b2d8b183fcazer420b5bfd08054azerc09514ff3c3c5547929

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno