e-mail: [email protected]
06.02.1970-ci ildə Laçın rayonunun Qovuşuq kəndində anadan olub. Orta məktəbi həmin rayonun Hacıxanlı kəndində bitirib.
1988-1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
1992-ci ildə Bakı Maliyyə İqtisad Kollecini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirib.
2011-ci ildə “Dövlət hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1992-ci ilin avqustundan Respublika Əmanət Bankının Qaradağ rayon şöbəsində böyük mühasib, baş iqtisadçı, baş təftişçi vəzifələrində çalışıb.
1993-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən Beyləqanın müdafiəsi və Fizuli rayonunun bir neçə kəndinin: Böyük-Bəhmənlinin, Yağlıvəndin, Arayatlının, Babının, Horadizin, Əhmədalıların, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından təmizlənməsində fəal iştirak edib.
1994-cü ilin aprel ayının 21-də Horadiz kəndi yaxınlığında gedən döyüşdə güclü xəsarət alıb.
1997-ci ilin avqust ayından 2009-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi, şöbə müdiri, sektor müdiri vəzifələrində çalışıb.
1999-cu ildə Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində Qobustan Bələdiyyəsinə üzv seçilib və 2003-cü ilədək burada ictimai əsaslarla üzv olub.
2009-cu ilin fevral ayından Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin Fiskal, monetar və qiymət siyasəti sektorunda böyük məsləhətçi, 2011-ci ilin aprel ayından həmin şöbədə Mənzil-kommunal siyasəti sektorunun müdir əvəzi, 2011-ci ilin oktyabr ayından Mənzil-kommunal siyasəti şöbəsinin Kommunal siyasəti sektorunun müdiri, 2013-cü ilin mart ayından 2014-cü ilin aprel ayının 14-nə kimi həmi şöbənin müdir müavini vəzifəsində çalışıb.
01.11.2021-ci il tarixinə kimi UNEC-in iqtisadi məsələlər üzrə prorektoru vəzifəsində çalışıb.
2021-2022-ci illərdə UNEC-in Biznes Mərkəzinin direktoru olub.
Bakı Mühəndislik Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektorudur.
UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosentidir (0.5).
1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasını üzvüdür. YAP Qaradağ rayon təşkilatının Şura üzvüdür.
2015-ci ildən YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.
UNEC kollektivi ön cəbhədə (25.12.2017)
“YAP sıralarında birləşən yüz minlərlə insan Ulu öndərin ölməz ideyalarının davamçılarıdır” (10.11.2017)
UNEC YAP gəncləri Xocalı qurbanlarını yad etdi (25.02.2017)
UNEC tələbələri ön cəbhədə əsgərlərlə birgə (08.11.2016)
Radio UNEC-in yeni layihəsi: “Prorektor tələbələrin suallarini cavablandirir” (01.11.2016)
Multikulturalizm siyasətinin prinsipləri və Azərbaycan (“Respublika” qəzeti, 10.06.2016)