“oikos” beynəlxalq təşkilatının 30 illiyinə həsr olunan konfransda UNEC-i Rus İqtisad Məktəbinin əməkdaşı Vüsal Abasov, Beynəlxalq İqtisad Məktəbinin III kurs tələbələri Nurlan Cahangirli və Dinara Kanopkina təmsil ediblər. Dünyanın 30 ölkəsindən 200 dən çox tədqiqatçı və tələbənin qatıldığı konfransda BMT, İsveçrənin Xarici İşlər Federal Departamenti, Meteos, Globalance Bank və digər nüfuzlu qurumların nümayəndələri dayanıqlı sığorta, investisiya və bank sektorları haqqında interaktiv təlimlər keçiblər.
Konfransda UNEC nümayəndəsi V.Abasov “oikos” təşkilatının beynəlxalq liderlik proqramının mentoru seçilib. O, bir il ərzində dünyanın 20 ölkəsini təmsil edən tələbə qrupuna effektli və dayanıqlı liderlik mövzusunda mentorluq edəcək.
Dünya gənclərinin dayanıqlı iqtisadi insikisaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyi və sosial tərəqqi mövuzları altında bir araya toplayan platformanın konfransı UNEC-in Rus İqtisad Məktəbində canlı yayımlanıb. UNEC tələbələri telekörpü vasitəsi ilə bölmə iclaslarına qatılıblar.
Qeyd: “oikos” təşkilatı Azərbaycanda 2013-cü ildən, UNEC də isə 2014-cü ildən fəaliyyət göstərir. Təşkilat vasitəsi ilə 30-a yaxın UNEC tələbəsi beynəlxalq konfranslarda iştirak edib.