Direktor:
|
Direktor müavini:
|
Dekan müavini:
|
Rus İqtisad Məktəbinin xəbərləri UNEC NEWS-da
Rus İqtisad Məktəbinin xəbərləri (2016 – 2018)
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29.02.2016-cı il tarixli qərarının icrasını təmin etmək məqsədilə 14.07.2016-cı il tarixində UNEC-də Rus dilində Tədris Mərkəzi yaradılmışdır. 22.05.2017-ci il tarixdən mərkəzin adı dəyişilərək Rus İqtisad Məktəbi adlanır.
Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi həyata keçirilir.
RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri dərs deyirlər. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri master-klasslar və seminarlar keçirlər. Fakülrə tələbələri Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsinə göndərilir.
Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarəedilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalıdır. Bu da yüksək keyfiyyətli ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət edir.
Fakültə üzrə ixtisaslar:
– Maliyyə
– Mühasibat
– İqtisadiyyat
– Ekologiya
– Sosial iş
– Beynəlxalq ticarət və logistika
– Biznesin idarə edilməsi
– Menecment
– Marketinq
*
Fakültə üzrə təhkim edilən kafedra:
Tətbiqi iqtisadiyyat
*
UNEC-in iqtisadyönümlü bütün ixtisasların rus bölmələri Rus İqtisad Məktəbində toplaşıb. Rus İqtisad Məktəbində 9 ixtisas üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçirilir. Ancaq bakalavr pilləsində əyani təhsil alan tələbələr Rus İqtisad Məktəbində oxuyurlar. Texnologiya və dizayn fakültəsi ilə Əmtəəşünaslıq fakültəsinin rus bölməsində təhsil alan tələbələr təhsillərini öz fakültələrinin tərkibində davam etdirirlər.