“Gənc Bankir Məktəbi-3” UNEC, SUES İB-nin təşkilatçılığı, “Azərtürk Bank” ASC-nin tərəfdaşlığı, Reduco Tədris Mərkəzinin maliyyə dəstəyi ilə gerçəkləşdirilir.
Açılış mərasimində SUES sədri İlkin Mirzəzadə artıq üçüncü dəfə təşkil edilən “Gənc Bankir Məktəbi”nin tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi istiqamətindəki mühüm rolundan danışıb. Tələbələrin “Gənc Bankir Məktəbi”nə marağından söz açan İ.Mirzəzadə bildirib ki, layihədə iştirak etmək üçün 75-dən çox komanda müraciət edib, onların arasından 33 komanda bütün mərhələləri uğurla addımlayaraq, layihədə iştirak hüququ qazanıblar. “Azərtürk Bank”ın nümayəndəsi Mahir Eyvazov tələbələrə layihə çərçivəsində keçiriləcək təlimlər barədə məlumat verib, qalib komanda üçün təşkil ediləcək təcrübə proqramından bəhs edib.
Sonra püşkatma mərasimi keçirilərək, 3 yarımfinalın iştirakçıları və onlara təqdim ediləcək mövzu müəyyənləşdirilib. Növbəti mərhələdə komandalar püşkatma yolu ilə müəyyənləşən ölkənin bank sistemi haqqında araşdırma apararaq və münsiflər heyətinə təqdim edəcəklər. Sonda qalib komanda üzvləri “Azərtürk Bank” ASC-nin təcrübə proqramına cəlb olunacaqlar.
Bütün komandalara uğurlar arzulayırıq!