İlk müzakirədə UNEC-in Maliyyə və mühasibat fakültəsi ilə “Maliyyə və maliyyə institutları” kafedrasının rəhbərliyi ilə yanaşı, Vergilər Nazirliyi və nazirliyin Tədris Mərkəzinin əməkdaşları iştirak edib. Fikir mübadiləsinə vergi üzrə mütəxəssis hazırlayan digər ali məktəblərin – Kooperasiya Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının da nümayəndələri də qatılıblar.
Görüşdə Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev birgə fəaliyyət üçün koordinasiya qrupunun yaradılmasını təklif edib. UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşı Ramiz Məhərrəmovun koordinatorluğu ilə fəaliyyət qrupu yaradılıb. Qrup 10 gün müddətində məsləhətləşmələr apararaq fəaliyyət üçün istiqamət planını hazırlayacaq. Plan hazır olduqdan sonra müzakirələr davam etdiriləcək.