UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 6 tələbəsi – Nərmin Əliyeva, Orxan Əlizadə, Toğrul Həsənov, Mirəli Həsənzadə, Şəbnəm Səlimova, Pakizə Vəlizadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və PAŞA Bankın birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalibi olub.
Layihədə respublikanın ali təhsil müəssisələrində iqtisadyönümlü ixtisaslar üzrə əyani təhsil alan III və IV kurs tələbələri iştirak ediblər. Müsabiqədə anketin motivasiya hissəsini dolğun yazan tələbələrin esseləri plagiat proqramından keçdikdən sonra onlar müsahibəyə dəvət ediliblər. Müsahibədən uğurla keçən 20 tələbə layihənin qalibi olub. Qaliblərə 1 il müddətində hər ay 145 AZN məbləğində təqaüd veriləcək.
Təqaüd proqramının həyata keçirilməsində məqsəd yerli və ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri – dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdir.
Qalib tələbələrimizi təbrik edirik!