4 sentyabr 1955-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur.
Təhsili:
1962-1972 – Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qivraq kənd orta məktəbi
1976-1980 – D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)
2005 – İqtisad üzrə fəlsəfə doktoru; 2008 – Dosent
Əmək fəaliyyəti:
1972-1973 – Şərur rayon N.Nərimanov adına sovxozda fəhlə
1980-2001 – Neft Emalı və Neft Kimya Sənayesi Nazirliyinin müəssisələrində: iqtisadçı, baş iqtisadçı, sex rəisi, baş mühəndis, direktor müavini, Həmkarlar İttifaqları Komitəsinin sədri və direktor
2006-2011 – Dekan müavini; 2011-2012 – Kafedra müdiri.
Hazırda UNEC-in “Biznes və logistika” kafedrasının (əvvəlki “Biznesin idarə olunması”) müdiridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının strateji problemlərinə aid 15 elmi məqalənin, 1 monoqrafiyanın, 1 dərsliyin və 1 dərs vəsaitinin müəllifidir.
Evlidir, üç övladı və iki nəvəsi var.
Pakistanlı tədqiqatçı UNEC-də (08.12.2017)
Sosial biznes ideyası: Azərbaycan üçün önəmi (olaylar.az – 19.10.2017)
Subsidiya: aqrar sektora dəstəyin təşviq aləti kimi (12.05.2017)
Türkiye- Azerbaycan İlişkilerine Akademi Desteği (13.02.2017)
Kiçik və orta sahibkarlığın inkişafı vətəndaşların sosial rifahını yaxşılaşdıracaq (25.01.2017)