UNEC tələbəsi: “Azərbaycan gəncliyi ona göstərilən diqqətin fərqindədir”

02 FEVRAL 2018 | VIEWS:

rasul11“Palitra” qəzeti

“Dövlət gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində əhəmiyyətli addımlar atır”

Rəsul Həşimov: “Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir”

Müsahibimiz Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbəri Rəsul Həşimovdur.

– Ölkəmizdə aparılan gənclər siyasəti sizi qane edirmi?

– Tam səmimi deyirəm ki, nəinki qane edir, görülən işlər ilbəil daha da geniş sahələri əhatə edir. Ümumiyyətlə, hər bir ölkənin ictimai-siyasi, elmi-mədəni-humanitar, sosial-iqtisadi həyatında gənclər mühüm rola malik olub, potensial qüvvə kimi önəmli yer tutur. Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sektorunda görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, həmçinin onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır.

– 2 fevral Gənclər Günü hər il ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bu gün-gənclərin bayramı ilə bağlı nələri deyərdiniz?

– 1990-cı illərdə ölkədə olan siyasi özbaşınalıq, xaos, anarxiya müstəqilliyimizə böyük zərbə idi. Ölkədə yaranan gənclər təşkilatlarının əksəriyyətində siyasi meyllər öz əksini aydın şəkildə tapırdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu xaos, siyasi hərc-mərclik vəziyyəti kökündən dəyişdi.

Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdü.1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin iştirakı ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Sonrakı il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər 2 fevral – Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Hələötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Bu,ümummilli liderin gənclərə hər zaman diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Ulu öndərin1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”.

– Bu gün də gənclər siyasəti uğurla davam etdirilir, ölkə başçısı ulu öndərin gənclər siyasətini daha da genişləndirir.

– Tam haqlısınız. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi.

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi, xüsusilə diqqətəlayiqdir. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığınınmöhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti, gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.

2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula-1 Bakı Qran-prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Günümüzdə gənclərin könüllülük fəaliyyəti daha çox aktuallıq kəsb edir. Çünki bir neçə il ərzində Azərbaycanda təşkil edilən bir sıra mühüm tədbirlər, festivallar, simpoziumlar, habelə idman və musiqi yarışları ölkə gəncinin vətənə sevgi və bağlılığını ortaya qoyub. Belə ki, gənc nəslin nümayəndələri ölkəmizin adının ucalacağı və xalqımız haqqında müsbət rəyin yaradılacağı həmin kütləvi tədbirlərdə özlərini ən yaxşı tərəfdən göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirdilər. Bu, onların tək dövlət deyil, həm də vətən qarşısında bir xidməti oldu. Ümumiyyətlə isə 2005-2009 və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər evləri” də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.

Bu gün ölkədə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatların qarşıya qoyduğu hədəflər sırasında gənc nəslin nümayəndələrinin ictimai həyatda iştirakını dəstəkləmək mühüm yer tutur. Həmin təşkilatlar sayəsində gənclərin potensialları üzə çıxır və onların daha aktiv sosial həyat sürmələri təmin olunur.

Azərbaycan dövləti gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atır. Son zamanlar təkcə paytaxtda deyil, regionda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir. Bu sahədə yardım yalnız maddi xarakter daşımır, gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili də məşğulluq problemlərinin həllində özünəməxsus rol oynayır. Ölkə üzrə təşkil edilən əmək yarmarkalarında gənc nəslin nümayəndələrinin işlə təmin olunması üçün geniş imkanlar yaradılır.

Bir gənc olaraq bütün gənclərin adından deyə bilərəm ki, bu gün Azərbaycan gəncliyi ona göstərilən diqqətin fərqindədir və bu qayğıdan maksimum faydalanır. Bundan əmin olmaq lazımdır ki, bu gənclik ona olan etimadı hər zaman doğruldacaq.

Tural Tağıyev

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna