1960-cı il noyabrın 9-da Bakı şəhərində anadan olub.
1981-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-statistika fakültəsini bitirib.
1981-1983-cü illərdə təyinatla SSRİ Tikinti Bankının Azərbaycan Kontorunda baş iqtisadçı vəzifəsində işləyib.
1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı olub.
1986-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında çalışmağa başlayıb.
1990-cı ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunda “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə iqtisad elmləri namizədi dissertasiyasını müdafiə edib.
2011-ci ildə İqtisad Universitetinin 80 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təhsilin inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalına layiq görülüb.
2012-ci ildə «Kommersiya banklarının xidmət fəaliyyətinin inkişaf etdirilməsi və genişləndirilməsi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
İqtisad elmləri doktorudur.
2017-ci ilə kimi UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru olub.
Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.
65-dən çox elmi işin, 2 dərslik, 1 monoqrafiyanın müəllifidir.