Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
AR Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur.
1994-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edib iqtisad elmlər namizədi adı almışdır.
Həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət» kafedrasında baş müəllim, sonra isə dosent vəzifəsinə təyin edilmişdir.
9 dərslik, 5 dərs vəsaiti, 2 monoqrafiya, metodik göstərişlər, 20-dən çox tədris proqramının, 100-dən artıq elmi məqalənin müəllifidir.
UNEC-in “Qiymət və qiymətləndirmə” kafedrasının dosenti,
2018-ci ildən “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə”kafedrasının dosentidir.
Hazırda İqtisad Universitetinin Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavinidir.
Səbail rayonu YAP Qadınlar Şurasının sədridir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Qadınlar Şurasının sədridir.
2007-ci ildə Rusiya Beynəlxalq Sülh Fondunun xeyriyyəçiliyə və sülhməramlılığa görə Qızıl medalı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.
UNEC professorları elmin aktual problemlərindən danışıblar (25.12.2017)
UNEC kollektivi Cocuq Mərcanlıda (23.06.2017)
“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi (15.03.2017)
UNEC-də YAP-ın 24 illiyinə həsr olunan tədbir keçirilib (21.11.2016)
UNEC Qadınlar Şurası Bakı “SOS uşaq kəndi”ni ziyarət edib (14.09.2016)