UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin bu sahədə biliklərinin artırılması məqsədilə reallaşdırılan layihə üç gün davam edib. Layihə çərçivəsində yerli brendlərin yaradıcıları və nümayəndələri, o cümlədən tanınmış dizayner və peşəkar fotoqraflar öz təcrübələrini tələbələrlə paylaşıblar. Tələbələrə təhsil aldıqları ixtisasın özəllikləri barədə ətraflı məlumat verən qonaqlar onları maraqlandıran sualları da cavablandırıblar.
“Gənc Dizaynerlər Akademiyası” layihəsi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, UNEC-in Tələbə Gənclər Təşkilatı və Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilib.