ADİU qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb

08 İYUN 2015 | VIEWS:

İyunun 6-da Bakıda Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı, İran Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) qan donorluğuna dair fəaliyyətlərdə nümunəvi iştirakı yüksək qiymətləndirilib. Forumun təşkilatçıları ADİU-nun Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxışı zamanı bildirib ki, hazırda qarşıda duran əsas məqsəd Azərbaycanda qan donorluğunun inkişaf etdirilməsidir. O, 2014-cü ilin “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində yaradılan İşçi Qrupundan və tərkibindən söz açıb. İl ərzində keçirilən regional forumlar və aksiyalar barədə məlumat verilib.

“Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” videoçarxları nümayiş olunub.

Azərbaycan Gənc Qan Donorlarının II Forumunun sonunda qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirakına görə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, digər qurumlar və şəxslər mükafatlandırılıb.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano