UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində Söhrab İsayevlə Səbuhi Tanrıverdiyevin “İqtisadi hüquq” dərsliyini təqdim edir.
2013-cü ildə nəşr olunan dərs vəsaitində iqtisadi münasibətlər sistemində hüquq, iqtisadi hüququn mənbələri və normativ-hüquqi bazası, iqtisadi hüquqda müqavilə münasibətləri, rəqabət hüququ, maliyyə hüququnun əsasları, vergi hüququ, bank hüququ, sahibkarlığın hüquqi əsasları, aqrar hüququ, enerji hüququ, kommersiya hüququ, informasiya hüququ, nəqliyyat hüququ, gömrük hüququ və beynəlxalq iqtisadi hüquq əhatə edilib.
Qeyd edək ki, “Həftənin kitabı” layihəsinin məqsədi UNEC-in müəllim və tələbələrini zəngin kitabxana fondu ilə tanış etməkdir. Layihə çərçivəsində oxuculara hər həftə bir kitab təqdim olunur.