Məktəblilərə şərti tələbə biletləri təqdim olunduqdan sonra, onlara UNEC barədə ətraflı məlumat veriib, infotur təşkil olunub. Bir günlük tələbələr Azərbaycan dilində dərslərdə iştirak edərək, sosial sahələrin iqtisadiyyatı fənnini dinləyiblər.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.