Həsənova Mətanət Samik qızı 07 noyabr 1976-ci ildə Bakı səhərində anadan olmuşdur.
1992-cü ildə 213 saylı orta məktəbi bitirmişdir.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olunmuş,1998-cu ildə isə bakalavr dərəcəsi üzrə bitirmişdir. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə qəbul olunmuş və 2005- ci ildə “Gömrük işinin təşkili” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və magistr dərəcəsi almışdır.
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi “ kafedrasında baş laborant vəzifəsində calişmış, 2011 –ci ildən saat hesabı dərsləri aparmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 02.11.2015-ci il tarixdən “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi ” kafedrası üzrə 05 ştat müəllimə vəzifəsinə tövsiyyə edilmişdir. O, “Sosial sahələrin iqtisadiyyatı”, “Təhsil sferasının iqtisadiyyatı”, “Peşə etikası və etiket” fənlərini tədris edir.
2016-ci ildən “Az.ETKTİ və Tİ” dissertanturaya qəbul olmuşdur.
5312.01-“Sahə iqtisadiyyatı ” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İxrac yönümlü kənd təsərrüfatı istehsalının inkişaf problemləri” adlı dissertasiya işini yekunlaşdırmışdır. 14 məqalə və tezisin müəllifidir.
Ailəlidir, iki övladı var.