15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş toplantı   (14.06.2018)

1528973868_mg-20180614-wa0001Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun-Milli Qurtuluş günü xalqımızın çətinliklərindən qurtulub güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. 1997-ci ildə parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş günü kimi qeyd olunur.
Elə bu münasibətlə Bakı Qida Sənayesi Kollecində Milli Qurtuluş gününə həsr olunmuş toplantı keçirilmişdir.
Toplantını Bakı Qida Sənayesi Kollecinin direktoru  Vilayət İsmayılov açaraq demişdir: – “15 iyun tarixi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Parlamentinə sədr seçildiyi gündür. Bu tarixi xalqımız “Milli Qurtuluş Günü” adlandırmışdır. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. Ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc Respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Ölkəni yaranmış ağır situasiyadan çıxarmaq üçün bir qrup ziyalı Naxçıvana gedərək Heydər Əliyevi Bakıya – siyasətə qayıtmağa dəvət etdilər. Xalqımızın mütləq əksəriyyətinin tələbi və təkidi ilə ümummilli liderimizin 1993-cü il iyun ayının 15-də ölkəmizə rəhbərliyə gəlməsi ilə Azərbaycanın həyatında Milli Qurtuluş epopeyası başladı.

*

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. İnkişafa doğru addımlayan ölkəmiz dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların üzərində dalğalandı. Heydər Əliyevin zəhməti və siyasəti və uzaqgörənliyi nəticəsinin davamçısı İlham Əliyev Azərbaycanı dünyada tanıtmasında uğurlu başlanğıcına çevirdi. Uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır.”
Sonra kollecin təlim tərbiyə işləri üzrə direktor müavini əvəzi Orxan Süleymanzadə, təsərrüfat işləri üzrə direktor müavini İlqar Zərbəliyev, kollecin müəllimlərindən Firudin Oruc, Akif Kərimli, Svetlana İskəndərova, tələbə İsmət Bədəlov (ÇM-017) və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında danışmış və video çarx göstərilmişdir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna